şeir 1
Saturday, 2 November 2013، 02:29 AM
hazıram on minlər il yol qayıdam
səninilə
bir mağarada yaşıyam
burada polislərin əlləri çox uzundur
uzanır neçənci qatda pəncərədən
və yataq odasında
bizdən kimlik istəyir
sevişəlim
yeni bir söyləm gəlməmiş
boşla dodağın anlamını dilçilərə
və sevgi tarixini filsuflara sosyoloqlara
bir yeni söyləm gəlməmiş
bir polis əli uzanmamış
məni apar o ilkin öpüşlərə
nağılın öncələrinə
bir zil çalınmamış
nağıl sansor olmamış
bir epizod
bir epizod
bir epizod
yaşat mənə
seyid Heydər Bayat
sayın Nasir Habibogludan bunu köçürdükləri üçün təşəkkür edirəm.
- 13/11/02