دیرناق آراسی یازیلار

شعرلر و نوت‌لار

دیرناق آراسی یازیلار

شعرلر و نوت‌لار

دیرناق آراسی یازیلار

هر شئی‌دن اؤنجه اؤزومو شاعیر بیلیرم. سونرا ادبیات، دین، فلسفه و آردینجا بیر آز دا سیاست.
اما هر شئیین آرخاسیندا گیزلنمکدن قاچماغی دوشونورم. منجه شعر، دیل، وطن و ... اخلاقین قوللوغوندا اولمایینجا اؤز قونومونو ایتیریر . بیز یاشایان جوغرافییادا هر شئی‌دن آرتیق اخلاقین یئری بوش گؤرونور.

----
منیمله ایلگی قورماق اوچون بو سیته‌دن باشقا:
heydarbayat{@}gmail.com
و
قم - صندوق پستی
1161 - 37135

Sevgi yolu - H.Qaraçay

Tuesday, 22 October 2013، 08:07 AM

  

məni şəraba

məni şahmata

məni şeirə

qonaq çağır

Geçən ay Norvec qəzetlərinin birində İsveçrəylə Norvecin arasında 7,2 Miliyard Norvec Kronunca bir anlaşmaya qol çəkildiyini oxudum. Nobel ödülünü paylayan İsveç, barış üzərinə Nobel ödülünün paylayanı Norveclə, bu boyda bir anlaşmanı nə ədəbiyat nə barış, qırıcı uçaqların ən yeni ən gəlişmişinin isveçrə teknolojisi və norvec bazarının istəiyi üzərinə gerçəkləşdirmişlərdir. Bu “bağırmağı sevməyən gecə şahları”, şairi öldürə də bilər, istər adı norvec olsun, İraq olsun, istər başqa bir ad.

 Statoilhydro birləşmiş şirkətinin yeni öyrencilər üçün buraxdığı sosyal informativ SAFE adlı bir  bulteni var. September 2008.ci il 3.cü sayısında Amerikalı və Avropalı neft şirkətlərinin özəlliklə BP (british petroleum)un bir neçə ölkədə özəlliklə Kolombiyada neft çıxartmaq üçün yerliləri yaraqlılara arxalanaraq öz yerlərindən qovduğunu bildirir. İngiltərədən durub Kolombiyaya gedib, oranın yerlilərini öz yerlərindən, güllə gücünə, yaraq güvünə çıxartdırır. Qarşısında duracaq güc yoxdur. İnsanların ortaq vicdanından danışmaq necə qolaydırsa bu ortaqlığı sağlamaq onca çətindir.

     Amerikanın İrağa saldırısından neçə il keçir? Əfqanistanda gündə neçə uşaq öldürülür? Neçə milyonluq hansı millət öz dilində yazıb oxuyanmır? “Xorde Fərhəng” nədir? Soruları bir kitablıq uzatmaq olar. Sizcə şair harda durur? Siyasət meydanında, ölüm dirim meydanında qılıncını üstdən bağlamış GÜCə qarşı deyiləsi hansıysa bir sözü olacaqmı? Dəiyirman önündə Keçəl Həmzəylə Koroğlunun deyişməsini acı acı anacaqmı? Yoxsa şeirlə siyasətin ilgisizliyindən çıxış edərək məni ilgiləndirməz deyib geçəcəkdir. İstənilən yolu seçsin, şairin “şairliyinə” nə nəsə artırar nə də nəsə ondan azaldar. Bax “şairliyinə” dedim, burda söz bir ziyalı bir aydın tipindən getmir. Nə demək istəiyirəm? Şeirin içinə axıdılan siyasal, toplumsal, dinsəl, erotik,  ... başqa yüzlərcə istənilən elementlər, şeirin şeirsəlliyini etgiləməz, yalnız bu elementlərin “necə” işlədilməsi şeirsəlliyi sorğuya çəkə bilər. Başqa sözlə şeirsəllik “nə” , “nəyi” yanıtlamaz, ancaq “necə” , “necəliyi” yanıtlayar. Şeir və ideologianın, şeirlə siyasətin bir birinə qarşı olduğunu göstərmək istəyən çoxlu məqalələr var, yenə də olacaq, ancaq mənim öz anlayışım yuxarıda dediklərimdir. İstənilən element şeir içində otura da bilər, oturmaya da bilər, bu elə o necəlikdir, şeirsəlliyi dartışırkən nə olursa olsun, bu “nə” önəmli deiyil, ölüm, dirim, sevgi, doğa, zəka, fəlsəfə, ürəiyin istəyən ad, ürəiyin istəyən anlayış... önəmli olan bu “nə”ylə ilgili simgələrin, imgələrin, bənzətmələrin dil içindəki birləşməsindən yaranan mətnin özgün olmasıdır. "Seyid heydər bəyat"ın şeirlərində özgünlük var,  istənilən elementi öz şeirlərinə axıdan seyid, onların mətn içində öz yerlərini tapmasını da sağlayır. Siyasal elementlərdən tutmuş, toplumsal, sevgi, fəlsəfə, erotik elementlərəcən bu şeirlərin içində uğurla işə tutulduğunu görmək olur. Seyid bütün şeirlərində uğurludur desəm, yalana varmış olaram

       Şair xitabəçi deyil, kəsinliklə deyil. Siyasətçi deyil, profesjonell olaraq deyil, psycholog deyil, filosof deyil, boyaçı deyil, heykəlyonan deyil...ancaq bunların hamısıdır. şeiri amaclayıb gedən şair, yolunun sonund arabasının qızıl pedalına şeir yazar, olanları olmuş,  keçənləri keçmiş tutar, “özüm” deyə deyə gəlib, qarnının qurultusuna da bir şeir ithaf edər, uzağa gedəni Ultraist* olar, qurtarıb gedər. Yazın, ədəbiyat daha geniş bir dünya olsa gərək. İşlətdiyin metod nə olur olsun, qurduğun qurğu, teknik nə olur olsun, deməyə sözün varsa varsan, yoxdursa, nə metod, nə teknik səni yaşatmayacaq. Seyidin isə deməyə sözü çoxdur:

Çıxıb getdin

sevgi gizlənib qalmışdı

otağımda olan güzgünü ona bağışladım

**

sevgi, güzgüdəmidir

güzgünün önündəmi

yoxsa mənim gözümdə?

ancaq sevgi

 var idi

 Çomağın o biri başı: sözü, içəriyi tutub gedən şair ya yoldaş İstalinin bığlarına şeir yazar ya da Papın saqqlına ya başqa butlar, yekəli xırdalı allahlara. Nə yazarsa yazsın, yazdıqları dərinə işləməz, ancaq poblisist etgisi buraxar.

 Şair isə bu çəlişginin ortasında dayanmış qılıncın ovxarında yeriyəndir. Mənə sorsanız "S.H.Bayat" belə bir şairdir.

 

boynumu qucaqlamağa

bilirəm

boyun çatmaz

bu ölkənin dar ağacları

ucadır...”

(bu ölkə) şeirindən

nə siyasətə girir nə də siyasətdən qaçır. Suya girib ıslanmamaq, hardasa belə bir anlayış varmış. . . Seyid Heydər Bayat bu aşamanı uğurla aşır. Bu anlayış, Seyidin şeirindən olan kişisəl anlayışımdır.

       Mənim üçün önəmli olan ikinci bir aşama da var: şairin dili. Şeir dildə baş verir deyə belə bir anlayış varmış. Belə olduğunda şairin yaradıcılığının necəliyi (keyfiyəti) ilə onun dildən olan bilgisi arasında bir başa ilgi qurulur. Seyid bu dili tanıyır, metaforu bilir, qısaltmağı, uzaltmağı başarıqla qabağa aparır. Üstəlik, Seyidin şeirlərindən oxucuya yoluxan bir dinclik bir toxtaqlıq söz qonusudursa, bunu Seyidin kişisəl karakteri kimi də götürmək olar. Sayın Tahaya sunduğu şeir dil baxımından, bu kişisəl dinclik, toxtaqlıq açısından, eləcə də  səsuyuşumundan dolayı çox gözəl bir şeirdir. Bu gözəlliyin və uğurun arxasında şairin çoxyönlü bilgi və bacarığının payı var. Dildən, fəlsəfədən, hikmətdən, şeir adlandırdığımız mətnin strukturundan, işə tutulmüş birəcik birəcik sözcüklərin ağır yüngüllüyündən və işə tutulduğu yerdəki yaradacağı anlam və anlamüstü quruluşdan, qalabalıq və boşluqların kəsişməsinin uyqunluğunu sağlamaqdan yetərli biliyi və bacarığı olduğu göz önündədir. Sözün qısası, Seyid şeiri gözəlləşdirən dəyərləri gözəlcə tanıyır.

fəlsəfə sona yetdi

qarğa qanadlanırdı

zili

Əsfar kitabının üstündə

Kəhəkdən daha oyanlıq bir çayda

nə Bəlxə baxdı

nə Söhrəvərdə

qar, qar, qar!

nə daşlara bir söz dedi

nə kollara

hamısı da eşitdilər

mən də

mən fikrə getdim qarğa nə deiyir?

daş, daş idi

kol, kol

ama mən

mən deyildim

bəzənmiş duyğumda

yerin

boş görünürkən

duyğum gücənməkdəydi

qarğanı duymağa

Qarğanı duymaq şeiri

     Oxucu yorğunluğunu aldırmadan bu şeirin estetik açısı üzərində dayanmaq istəyirəm. İlk  iki dizənin (misranın) içinə girək: fəlsəfə sona yetdi/qarğa qanadlanırdı ilk dizə kəsin olaraq işin (burda fəlsəfənin) sona yetişdiyini bildirir. Ardınca gələn ikinci dizə bu işin (öznəsinin) failinin qarğa olduğunu aşılayırsada kəsinləşdirmir ancaq üçüncüylə dördüncü dizələr öznənin qarğa olduğunu kəsinləşdirir. qarğa qanadlanırdı/ zili/ Əsfar kitabının üstündə bu dizənin sonunda nöqtə qoyulmamasına baxmayaraq, tümcə qurtarmış sayılır. Ancaq iş bununla bitmir, oxucu birdə qayıdıb öznənin (qarğanın) yapdığı işin nə olduğunu düşünməli olacaq. Qarğa nə yapmış? Mətnin dediyinə görə Əsfar kitabının üstünə bir zil buraxmış. İndi bu zil hardadır deyə bir az bilgisi olan oxucu öz özündən soruşub öz özünü yanıtlayıb və heyrətə dalacaq. Zil, Əsfar kitabının üstündədir. Səfərlər kitabı, S  Ə  F  Ə  R  L  Ə  R . . .qarğa qanadlanırdı Molla Sədranın səfərləri ilə qarğanın qanadlanması birləşir. M.Sədra əsfarı yazdı, qarğa zili qoydu. M.Sədranın öz içindən qanadlandığı səfərlər, qanadlarını yığıb özünə dönüşü, və yenə özündən dışarı və yenə özünə qayıdışı. Deyilənlərə görə bu kitab fəlsəfədən daha çox hikmət kitabıdır. İş də elə burasındadır. Şeir də fəlsəfədən daha çox hikmətlə, aforizmlə səsləşir. Belə baxanda  qarğayla Sədrülmütəəllehin, öznə olaraq birləşir, Əsfar bitiyi (kitabı) ilə zil birləşir və sonuc (fəlsəfənin sona yetməsi hər iki yazılı və yazılmamış varyantlardan götürülə də bilir götürülməyə də bilir.) İndi, Əsfar hikmətdir desək və hikmət şeirdir desək, qarğayla Seyidin özü birləşir, və şeirlə, şeir toplusuyla zil birləşir, doğrusu şeirin də başarığı elə burasındadır. Kəhəkdən oyanda nə Bəlxə nə Söhrəvərdə baxan qarğa aydın bir səslə qar, qar, qar deyir. Nə daşlara bir söz dedi/ nə kollara/ hamısı da eşitdilər/ mən də bu üç dizənin gözəlliyini içindəki qarşılıqlı, toqquşucu anlayışlar sağlayır. Daşlara, kollara deyilməmiş sözü, Seyid də onun içində “hamı” eşidir, ancaq bu gözəlliyin ikinci qatı, daşların daş, kolların kol kimi qaldığı bir durumda Seyidin heyrətidir. Qarğa nə dedi? Doğrusu qarğa nəsə söyləməyib, söyləsəydi şeir ölmüş sayılardı artıq. Qarğa sadəcə qar, qar, qar deyib, bunu duymağa gücənən beyin şeirin dərin estetikasını yaradır. Seyidlə qarğnın birləşməsinin maraqlı yönü, şairlə qarğanın birləşməsidir. Obrazlar bir birinin içinə girir, bir birinin içindən doğur, Molla Sədra, qarğa, Seyid, Əsfar, zil, və bunların ilişgilərindən doğan yanıtsız bir sorğu: qar, qar, qar! Və gücənməkdə olan bir oxucu beyni...  şeir nə dedi? Şair nə dedi? Qarğa nə söylədi? Kəsin bir yanıt yoxdur. Obrazların aydınlığı və öz adlarıyla çağrılmasıyla birlikdə, hərəkətlərin və hadisələrin doman içində qalmasından yaranan kontekst dərin və düşündürücüdür, dərinliyi və düşündürücülüyü də elə onun kəsin bir yanıt verməməsindədir.

    Seyidin şeirində, anları tutmaq, zamanın bir bölümünü bir qab içində qablamaq bacarığı var. Buna tapıntı da demək olar. Şairin yaxaladığı bu zaman bölümü, çoxunluğunda biz oxucuların görmədiyi, görüb sovuşduğu dərin və düşündürücü, sevimli zaman bölümləridir. Mifik bir anlayışın romantik boyasına, dil girişiminə görə bu da daha bir uğurlu şeirdir məncə:

 “yel, toxum gətirdi

torpaq, qucağında bəslədi

su,

susamağını söndürdü

od dedi: qışdan

savunaram

dedi: “daha nə?”

gözlərini tapdadılar

sevgi hələ ağız açmamışdı

sorğular at çapdırırdılar

Beşinci tadı şeiri

dediyim an, danışdığım o zaman bölümü, qabartdığım bu iki dizidə (misrada) gözlərimizin önündədir. Son sözü sevgi deyir, sevginin danışmadığı yerdə sorğular yanıtsız qalır. Seyid dilin arılığına önəm verir, yerli yersiz gəlmə sözləri dilimizə axıtmır. Son bir iki ildə çıxan şeir, öykü, romanların dilində bu tipli arınmaları artıq sezmək olur, başqa sözlə bu, dilin arınmasına önəm vermək qonusu yalnız seyiddə deyil, başqa yazarlarımızda da özünü göstərir. Məncə son bir iki ilin şeir bitiklərinin ortaq bir yeri kəsinliklə dilin arı duru türkcə yazılmasına önəm verməkdir. "Alma Yolu" şeir toplusu üzərinə daha geniş danışmaq olar, buna daha geniş bilgi daha geniş başarıq gərəkir. Hadi Qaraçayın yazdıqları, bir oxucu notlarıdır. Profesjonell ələşdirilərin də yolunu gözləmək olar.

       Seyidin ilk kitabı, çağdaş şeirimizin başarısının örnəiyidir. Seyidə uğurlar. Göydən üç alma düşsün, üçü də Seyidin olsun, sözü tutarlı, yolu açıq olsun diləyirəm.

 _____________   

•        Ultraist termininə gəlincə(şeirin insandan arınmasına, arı şeirə(şere məhzə)ınanırdılar.Kubistləri, fotoristləri, və surrealistləri savunurdular. şeirin içindəki təsvirlərin gerçəklikdən bütünlüklə ayırd olmasını istəyirdilər.

 

H.Qaraçay

Sandnes 2008

tənqid | Şərhlər(1)

Baxış sayı: 5

Açar sözlər:

  View blog reactions

 

1

şahbazi yazıb:

Qarğa nə dedi? Doğrusu qarğa nəsə söyləməyib, söyləsəydi şeir ölmüş sayılardı artıq.

Məncə Hadi bəyin yuxarıdaki cümləsi yaxşıca öz yerini tapmış. Neçə illər öncə roland bart ədəbiyatı sorğu yaratmaq kimi dəyərləndirmiş. "bəyat" bəy əgər məqsədini açıqlamalı olsaydı şeirdə bir şair kimi yox bir filosof kimi yol göstərici rolunu oynayacaqdir.

Başqa mənada, ədəbiyat öz sirrini gizlədir. Mətndə gedən bütün sirrlərini aşıqlayarsa onda məhkəmə otağına bənzəyəcəkdir. Hər şeyə aydınlıq gətirmək üçün hər nəyi açıqlamaq zorunda qalacaqdır. Sonucda isə, açıq aşkar qərar çıxarmaliydır. Hal bu ki şeir qərar çıxarmır. Məncə bu şeirdə (hadi bəyin vurğuladığının əksinə olaraq) hətta hekmət də yoxdur. Çünkü hekmətin sonu əxlaqı davranışları əks etməkdir.

Dostu hadi bəy

Mən ğzünüzü sadəcə bir oxucu kimi dəyərləndirməyiniz qənaətində yox, incəlikləri seçən bir tənqidşi kimi dəyərləndirirəm.


qaynaq:  

http://dusharge.azeriblog.com/2008/12/06/sevgi-yolu

  • سید حیدر بیات

باخیشلار (۰)

هئچ باخیش یازیلماییب
ارسال نظر آزاد است، اما اگر قبلا در بیان ثبت نام کرده اید می توانید ابتدا وارد شوید.
شما میتوانید از این تگهای html استفاده کنید:
<b> یا <strong>، <em> یا <i>، <u>، <strike> یا <s>، <sup>، <sub>، <blockquote>، <code>، <pre>، <hr>، <br>، <p>، <a href="" title="">، <span style="">، <div align="">